Press-relizlər / 02.11.2018 / 16:53
Noyabrın 2-də Qax rayonu İlisu kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.
Qax Rayon İcra Hakimiyyəti, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Muradov, Mənəvi Dəyərlərin Təbliği Fondunun Qax rayonu üzrə könüllüsü Fərid Əzimov və yuxarı sinif şagirdləri iştirak ediblər.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov bildirib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Eyni zamanda, sənədli filmdə dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.
Daha sonra çıxış edən Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Muradov dini eksterimizmin fəsadlarından danışıb.
Sonda şagirdlərin sualları cavablandırılıb.