Cocuq Mərcanlıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər / 29.10.2018 / 11:17

Oktyabrın 26-da Cəbrayıl Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakaşiyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov,  kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, müəllimlər, yuxarı sinif şagirdləri və kənd sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kənd məscidinin imamı və dini icmanın sədri Elman Piriyev, gənclərin zərərli vərdişlərdən qorunmasının zəruriliyini dinləyicilərin nəzərinə çatdırıb.

DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda çıxış edib. Bildirib ki, erkən nikah uşaqların hüquqlarının pozulmasıdır və bəzi hallarda məktəbli qızların təhsildən yayınmasına səbəb olur. Erkən nikah quran qızlar həm öz sağlamlığını həm də dünyaya gələcək uşaqların sağlamlığını təhlükəyə atırlar.

Daha sonra çıxış edən RİH başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakaşiyev və məktəbin direktoru Zamin Həziyev erkən nikaha məcbur edilən qızlar arasında  məktəblilərin hüquqlarının pozulması, ana və uşaq ölümü hallarının çoxalması, doğulan uşaqlarda problemlərin olması kimi məsələlərə toxunublar. Bunun qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacib olduğunu vurğulayıblar.

Sonda dinləyicilər tərəfindən verilən suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Polşanın həftəlik “Tygodnik Powszechny” qəzetinə müsahibə verib

Xəbərlər
24.01.2022 / 15:40
Ətraflı oxu

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
25.06.2019 / 14:26
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 15:27
Ətraflı oxu

"Tolerantlıq - dövlət siyasəti və milli dəyər" mövzusunda konfrans keçirilib

Xəbərlər
16.11.2022 / 16:27
Ətraflı oxu

Qubada multikulturalizm mövzusunda tədbir keçirilib

Press-relizlər
16.02.2017 / 16:31
Ətraflı oxu

Bakının Nizami rayonunda "Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
13.02.2019 / 17:24
Ətraflı oxu