Xırdalanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Xəbərlər / 25.10.2018 / 16:23

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Məktəblilərin dini radikalizmin zərərli təsirlərindən mühafizəsi yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov və Şahlar Məmmədov, 3 nömrəli məktəbin direktoru Sevinc Məmmədəliyeva, məktəbin müəllim kollektivi və uşaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Məmmədəliyeva müasir cəmiyyətimizdə dini radikalizmin zərərli təsirlərindən danışıb. Bildirib ki, milli-mənəvi dəyərlərimiz dini radikalizmlə mübarizədə önəmli rol oynayır və hər bir gənc bu dəyərlərə bağlı ruhda formalaşmalıdır.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı O.Axundov tədbir iştirakçılarına dini radikalzmin  mahiyyəti haqqında məlumat verib, radikal dini düşüncəyə sahib şəxslərin kənar siyasi ideologiyaya xidmət etdiyini, əslində İslamın sülh və qardaşlıq dini olduğunu, hər hansı təriqətin, dini cərəyanın çərçivəsinə sığmadığını bildirib.

Daha sonra çıxış edən Şahlar Məmmədov İslam dininin humanizm və insanpərvərlik kimi xüsusiyyətlərə malik olduğunu bildirib. Qeyd edib ki, zərərli dini təsirlərə düşməməyin yeganə yolu bilikli olub, yüksək savad almaqdan keçir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Zaqatalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?“ mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
01.12.2021 / 15:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
13.02.2020 / 17:49
Ətraflı oxu

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə ...

Xəbərlər
02.06.2021 / 17:53
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.05.2019 / 15:00
Ətraflı oxu

“Dini radikalizmin mahiyyəti və onun yaranma səbəbləri” adlı tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 10:12
Ətraflı oxu

Zərdabda maarifləndirici tədbir keçirilib

Press-relizlər
02.12.2021 / 18:17
Ətraflı oxu