Ağdamda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 05.09.2018 / 12:56

Sentyabrın 5-də Ağdam Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsi 135 saylı məktəbdə “Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, RİH başçısının Yeni İmamqulubəyli qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Xətai Abdullayev, dindarlar və ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev bildirib ki, respublikamızda hər il 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bir çox kütləvi tədbirlər təşkil olunur.
Məruzə ətrafında DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, RİH başçısının Yeni İmamqulubəyli qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Xətai Abdullayev çıxış ediblər. Çıxış edənlər ən ali insan hüququnun yaşamaq hüququ olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsi zamanı 20 min nəfərədək dinc sakinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirilərək yaşamaq hüququndan məhrum edildiyini bəşər tarixinin ən qanlı cinayəti adlandırıblar. Eyni zamanda bildirilib ki, dövlətimiz apardığı sülhməramlı siyasəti ilə bütün dünya ölkələrinə bir nümunədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Balakən və Qaxda din xadimləri ilə görüş keçirilib

Xəbərlər
01.06.2022 / 11:55
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: Sülh və humanizmə baxış" mövzusu müzakirə edilib

Xəbərlər
23.09.2021 / 13:53
Ətraflı oxu

Qubada məktəb psixoloqları ilə mənəvi dəyərlərə həsr olunmuş vebinar keçirilib

Press-relizlər
05.03.2021 / 10:31
Ətraflı oxu

Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Xəbərlər
22.02.2019 / 16:04
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, ...

Xəbərlər
28.11.2022 / 11:34
Ətraflı oxu

Qusarda “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.11.2022 / 12:00
Ətraflı oxu