Xızıda “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub

Press-relizlər / 23.10.2018 / 16:02

Oktyabrın 23-də Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində “Uşaq Aylığı” çərçivəsində “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Fazil Məmmədov, Xızı Rayon İcra Hakimyyəti başçısı Aparatının əməkdaşı Mövlam Rüstəmli, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşı Abdulla Hüseynov, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fazil Məmmədov gənclərin zərərli vərdişlərdən qorunmasının zərurliyindən danışıb. O, bu istiqamətdə həyata keçirilən marrifləndirmə tədbirlərindən də danışıb.

Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Mövlam Rüstəmli çıxışında zərərli vərdişlərin gənclərin sağlamlığına, cəmiyyətin sosial həyatına olan mənfi təsirlərindən danışıb.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov isə qeyd edib ki, uşaqlarda güclü iradə formalaşdırmaq lazımdır. Onun sözlərinə görə, bu, onlara gələcəkdə öz həyat tərzlərini sağlam təməllər əsasında formalaşdırmağa imkan verəcək.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Goranboyda “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
26.01.2023 / 10:08
Ətraflı oxu

Gəncədəki hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.01.2023 / 16:56
Ətraflı oxu

Kürdəmirdə "Dini ekstremizm və onun fəsadları" mövzusunda tədbir keçirilib

Press-relizlər
01.02.2023 / 15:26
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
01.02.2023 / 15:40
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
04.06.2021 / 17:24
Ətraflı oxu

Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirilib

Press-relizlər
15.03.2018 / 17:11
Ətraflı oxu