Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər / 07.09.2018 / 15:36

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə DQİDK-nın rəhbərliyi, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə mövcud dini durum, dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və bu fəaliyyət ardıcıl olaraq davam etdirilməlidir. Respublikamızın bütün şəhər və rayonlarında davamlı olaraq milli-mənəvi, dini dəyərlərimizin, həmçinin Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Məhərrəm ayının başlanması münasibətilə DQİDK-nın qəbul etdiyi Tədbirlər Planı və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik, izahat işlərinin aparılması, monitorinqlər və s. daxildir. Eyni zamanda Dövlət Komitəsi paytaxtda və bölgələrdə QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına dəstək verəcəkdir.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov görülmüş işlər, Məhərrəm ayında planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, həmçinin müvafiq tövsiyələrini verib.
Müşavirədə bölgə şöbə müdirləri dini durum, eləcə də görüləcək işlərlə bağlı məlumat veriblər. Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər, o cümlədən dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalı, bütün mərasim və tədbirlər qanun çərçivəsində təşkil edilməlidir. Müzakirə olunan məsələlərlə bağlı bölgə şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.


Son baxılan xəbərlər

Goranboyda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
01.02.2023 / 16:24
Ətraflı oxu

Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər
11.07.2019 / 17:00
Ətraflı oxu

Bakıda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.03.2022 / 15:37
Ətraflı oxu

Bərdədə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib

Xəbərlər
02.12.2021 / 17:42
Ətraflı oxu

Goranboyda “Dəmir Yumruq” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
17.12.2021 / 11:45
Ətraflı oxu

“Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib

Press-relizlər
30.11.2017 / 16:58
Ətraflı oxu