Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Xəbərlər / 08.09.2018 / 14:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdəki yəhudi icmasına yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndirildiyini bildirib. Qeyd edib ki, ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşayıb, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayıb.

“Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Yüz illərdir Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, demokratik dövlət quruculuğu prosesinə öz layiqli töhfələrini verirlər”, - deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədr müavini Sumqayıtda vətəndaşları qəbul edib

Xəbərlər
16.01.2020 / 15:25
Ətraflı oxu

Səyavuş Heydərov: “Milli və qlobal təhlükəsizliyin əsas komponentlərindən birini məhz dini təhlükəsizlik təşkil edir”

Xəbərlər
28.04.2023 / 10:21
Ətraflı oxu

Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır

Press-relizlər
24.01.2019 / 17:48
Ətraflı oxu

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.06.2018 / 16:24
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Xəbərlər
30.03.2016 / 15:58
Ətraflı oxu

Dövlət Komitəsinin sədrinin Səudiyyə Ərəbistanına səfəri başlayıb

Xəbərlər
05.02.2013 / 11:22
Ətraflı oxu