Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Xəbərlər / 08.09.2018 / 14:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdəki yəhudi icmasına yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndirildiyini bildirib. Qeyd edib ki, ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşayıb, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayıb.

“Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Yüz illərdir Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, demokratik dövlət quruculuğu prosesinə öz layiqli töhfələrini verirlər”, - deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.

Son baxılan xəbərlər

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi: “Azərbaycan dünyada sülhün və İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfə ...

İSLAM HƏMRƏYLİYİ İLİ
28.08.2019 / 14:53
Ətraflı oxu

Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə ...

Multikulturalizm
24.02.2016 / 10:55
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.02.2019 / 16:43
Ətraflı oxu

Elşad İskəndərov: “Azərbaycan modeli dünyada multikulturalizm müsbət meyllərinin gücləndirilməsi üçün istifadə oluna bilər”

Xəbərlər
01.11.2013 / 15:00
Ətraflı oxu

Qaradağda maarifəndirmə tədbiri keçirilib

Press-relizlər
02.05.2018 / 11:06
Ətraflı oxu

Qubanın Qonaqkənd qəsəbəsində “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.06.2018 / 10:14
Ətraflı oxu