Zaqatalada “Milli-mənəvi və dini dəyərlərimiz” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 16.10.2018 / 16:52

Oktyabrın 16-da Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi  (DQİDK) və Zaqatala rayon Təhsil şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə rayonun Yuxarı Çardaxlar kənd tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərimiz” mövzusunda  maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin  müdiri vəzifəsini müvəqqəti icra edən Sərxan Tahirzadə, RİH başçısının Yuxarı Çardaxlar inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Şabanov, məktəbin direktoru Ramin Qarayev, müəllim kollektivi və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Ramin Qarayev milli-mənəvi dəyərlər haqqında danışaraq məktəbdə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, müasir dövrdə gənclərin  milli-mənəvi  dəyərlərə bağlılığının vacib olduğunu bildirib.

Daha sonra çıxış edən Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov milli-mənəvi  dəyərləri qorumağın və gələcək nəsillərə ötürməyin əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, gələcəyə sağlam iradəli gənclik yetişdirmək üçün gəclərin təhsilə və elmə daha çox diqqət yetirmələrini tövsiyə edib.

DQİDK-nın  Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən  Sərxan Tahirzadə məkəblilərə xitab edərək xalqımızın milli-mənəvi dəyərlər sistemində mövcud olan tolerant və multikultural dəyərlərindən bəhs edib, tarixən mövcud olan bu dəyərlərin kökünün xalqımızın keçmişindən irəli gəldiyini bildirib. Dini radikalizmin fəsadları barədə danışan Sərxan Tahirzadə gənclərin radikal qrupların  təsirindən qorunmaları üçün onların milli-mənəvi dəyərlərə, adət-ənənəyə bağlı olmalarının vacibliyini vurğulayıb.

RİH başçısının Yuxarı Çardaxlar inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Şabanov çıxışında gəcnlərin elmə, təhsilə yiyələnmələrinin eləcə də milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmalarının əhəmiyyətini qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirilib

Press-relizlər
15.03.2018 / 17:11
Ətraflı oxu

Sumqayıt Cümə məscidindəki problem həll olundu

Açıqlama
27.05.2013 / 17:13
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin qəbul vaxtı dəyişdirilib

Xəbərlər
11.07.2019 / 09:47
Ətraflı oxu

Yevlaxda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
21.02.2020 / 15:14
Ətraflı oxu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.09.2019 / 12:00
Ətraflı oxu