Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 18.09.2018 / 10:18

Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Uilyam R. Qil ilə görüşüb
Qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tolerant və multikultural mühit mövcuddur və dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib. Mübariz Qurbanlı bildirib ki, ibadət evlərinin təmir və bərpası Azərbaycan hökuməti tərəfindən həyata keçirilir. Eyni zamanda, dövlət məscidlərdə rəsmi təyinatı olan imam və mütəvəllilərə maddi dəstək göstərir. M. Qurbanlı qeyd edib ki, bu gün Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətini maarifçilik təşkil edir. Əsas məqsədlərdən biri cəmiyyətdə xurafat və radikalizmin yayılmasının qarşısını almaqdır. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən müvəqqəti işlər vəkili Uilyam Qil iki ölkə arasında bütün sahələrdə, o cümlədən dini radikalizm və ekstremizə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. O bildirib ki, ABŞ və Azərbaycan dost və tərəfdaş ölkədir. U. Qil Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayaraq, bu siyasətin dövlət səviyyəsində həyata keçirilməsindən məmnunluğunu ifadə edib. 
Səmimi şəraitdə keçirilən görüşün sonunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müvəqqəti işlər vəkili Uilyam Qilə Dövlət Komitəsinin çap etdirdiyi “Qısa İslam eksiklopediyası” kitabını hədiyyə edib.


Son baxılan xəbərlər

Şəkidə Şəhidlər xiyabanı ziyarət olunub

Press-relizlər
26.02.2021 / 12:19
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.04.2019 / 15:54
Ətraflı oxu

Balakəndə “Fitnə” filmi nümayiş olunub

Press-relizlər
10.06.2016 / 12:39
Ətraflı oxu

Qobustan rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.03.2022 / 12:05
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Lerikdə "Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 10:58
Ətraflı oxu