
Press-relizlər / 09.10.2018 / 15:26
Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dövlət qulluğu nədir?” mövzusunda təlim keçirilib.
Təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri və icra hakimiyyətində təcrübə keçən 14-cü qrup ASAN könüllüləri iştirak ediblər.
Təlimi açıq elan edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini Şəmsi Gülverdiyev gəncləri salamlayıb və təlimin əhəmiyyəti haqqında məlumat verib. Daha sonra söz təlimçi Samir Yoldaşova verilib. Təlimdə dövlət qulluğu, dövlət qulluğu imtahanının mərhələləri haqqında geniş məlumat verilib. Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.