Dini icmalar Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirir

Xəbərlər / 17.04.2013 / 18:55

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icmalar tərəfindən keçirilən silsilə tədbirlər davam edir.

Bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov məlumat verib. Dövlət Komitəsinin sədri bildirib ki, tədbirlərə ötən həftə start verilib: “Ötən həftə Şamaxıda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda dini icmalar üçün ikigünlük regional konfrans keçirildi. Şirvan bölgəsinə daxil olan 9 rayonun dini icmaları bu tədbirdə iştirak etdilər. Bunun davamı olaraq hazırda digər bölgələrdə də analoji tədbirlər davam edir”.
Elşad İskəndərov bildirib ki, Respublikanın Şirvan, Ağcabədi, Gəncə, Quba, Lənkəran, Zaqatala şəhərlərində “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı silsilə tədbirlər keçirilir.

Dövlət Komitəsinin sədri yaxın günlərdə start veriləcək tədbirlər barədə də danışıb: “Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə 9 min ağacın əkilməsi kampaniyası keçiriləcək. Həmçinin, dini icmalar arasında mini futbol turnirinə də start veriləcək. Turnirin əsas məqsədi müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Ümummilli Lider Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir”.

Dövlət Komitəsinin sədri bu ayın sonunadək Ümummilli Lider Heydər Əliyevin 90 illiyi ilə bağlı jurnalistlər və dini icmalar arasında keçirilən məqalə müsabiqənin nəticələrinin elan ediləcəyini də bildirib: “Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda məqalə müsabiqəsi elan edilib. Bu ayın sonuna kimi müsabiqənin nəticələri elan ediləcək və qaliblər mükafatlandırılacaqdır.”

Son baxılan xəbərlər

İmişlidə Məhərrəmlik mərasimləri ilə bağlı onlayn tədbir keçirilib

Press-relizlər
18.08.2020 / 18:19
Ətraflı oxu

“Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” adlı tədbir keçirilib

Press-relizlər
04.04.2018 / 12:11
Ətraflı oxu

Dövlət Komitəsində görüş olub

Press-relizlər
14.12.2017 / 16:31
Ətraflı oxu

Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib

Xəbərlər
05.01.2022 / 10:33
Ətraflı oxu

Bakıda "Milli birliyin möhkəmləndirilməsində mənəvi dəyərlərin rolu" mövzusu müzakirə olunub

Press-relizlər
07.09.2021 / 16:08
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu