Masallıda dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu müzakirə olunub

Press-relizlər / 24.07.2018 / 14:39

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, dini icma sədrləri, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır və ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır. O qeyd edib ki, Azərbaycan bir çox millətlərin və konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Ölkəmizdə bütün dini konfessiyalar qanun qarşısında eyni statusa malikdir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında bu sahədə qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdırıb. Natiq qeyd edib ki, Azərbaycanda dini etiqad azadlığı təmin olunur,  İslam dini ilə yanaşı digər dinlərin də nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər.
İlahiyyat üzrə fəlsəfə doktoru, Masallı şəhəri “Hacı Mirağa” məscidi dini icmasının sədri Əliqulu Qardaşov, Masallı rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aybəniz Novruzova və başqaları çıxışlarında dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolundan bəhs ediblər. 
 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə radikalizmlə mübarizə məsələləri müzakirə olunub

Press-relizlər
18.03.2016 / 11:43
Ətraflı oxu

Qobustanda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər
23.09.2021 / 12:48
Ətraflı oxu

Qusarda “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusu müzakirə edilib

Press-relizlər
29.03.2023 / 16:47
Ətraflı oxu

Goranboyda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.03.2023 / 16:22
Ətraflı oxu

Qeyri-islam dini icmalarının nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Xəbərlər
28.03.2023 / 15:58
Ətraflı oxu

“Artıq birgə yaşayışın vaxtı çatıb” - Dini icma nümayəndələrindən Qarabağda yaşayan ermənilərə müraciət

Açıqlama
28.03.2023 / 15:13
Ətraflı oxu