Qaxda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər / 24.07.2018 / 13:01

Qaxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə iyunun 24-də öz işini davam etdirib.
Gənclər, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirənin ikinci günündə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Seminar-müşavirəni giriş sözü ilə açan Qax RİH başçısının müavini Vəfa Heydərova mövzunun aktuallığından danışıb. Bildirib ki, radikal qrupların milli-mənəvi dəyərlərimizə zidd çıxışlar edir, gənclərimizi öz məkrli niyyətlərini həyata keçirməkdə vasitəyə çevirirlər. Bütün bunların kökündə dini bilgilərin aşağı olması dayanır. Vurğulayıb ki, məhz buna görə də Dövlət Komitəsinin keçirdiyi bu kimi tədbirlər cəmiyyətdə sağlam dini maarifləndirmə aparılması baxımından çox əhəmiyyətlidir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizin son illər qazandığı uğurlardan danışıb. Qeyd edib ki, bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin banisi olduğu hərtərəfli inkişaf strategiyasının bu gün ölkə başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur. Respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq işləri bəzi beynəlxalq gücləri, maraqlı dairələri narahat etməkdədir.
Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin xüsusi rol oynadığını diqqətə çatdıran S.Salahlı qeyd edib ki, milli-mənəvi dəyərlər vətənpərvərlik hisslərinin formalaşmasında böyük əhəmiyyət daşıyır. Bildirib ki, dini radikalizm, ekstremizm, fanatizm və mövhumat kimi mənfi tendensiyaların təsiri altına düşməmək üçün gənclər elm və təhsilə daha çox diqqət ayırmalı, bütün dünyada gedən elmi-texnoloji tərəqqini dərindən izləməli və bu inkişafa öz töhfələrini verməyə çalışmalıdırlar.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə şöbəsinin əməkdaşı Orxan Maşayev dini radikalizmin yaranma tarixindən və səbəblərindən söhbət açıb. Qeyd edib ki, radikal ideologiya daşıyıcılarının əsas hədəfi hər zaman gənclər olublar. Buna görə də xüsusilə gənclər elmi biliklərini artırmaqla yanaşı, mötəbər mənbələrdən yararlanaraq təməl dini bilgilərə də yiyələnməyə çalışmalıdırlar. O.Maşayev, eyni zamanda  dini radikal qrupların təbliğat metodlarından da bəhs edib. 
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəri başa çatıb

Xəbərlər
16.10.2014 / 16:08
Ətraflı oxu

Goranboyda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.03.2023 / 16:22
Ətraflı oxu

Masallıda "Narkomaniyanın fərdi və ictimai təhlükələri" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.02.2020 / 15:33
Ətraflı oxu

Ucarda "Heydər Əliyev -Müasir Azərbaycanın memarı və qurucusu" mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
22.02.2023 / 15:37
Ətraflı oxu

“Din və insan hüquqları” mövzusunda konfrans keçirilib

Press-relizlər
31.10.2019 / 17:06
Ətraflı oxu

"Balakhani Operating Company" şirkətində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.10.2019 / 16:41
Ətraflı oxu