Dövlət Komitəsi sədrinin müavini: “Bu küləyin hardan əsdiyi çox dəqiq bilinir”

Açıqlama / 11.07.2018 / 17:22

“Dünən Gəncədə baş vermiş hadisənin əsl dindarlarla, dinlə və islamla heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycan dövlətinə, xalqına və milli dövlətçiliyimizə qarşı təxribatdır. Dünənki hadisəyə sadə vətandaşlarımızın, xüsusilə də ziyalı şəxslərin münasibəti bir daha onu göstərdi ki, sosial durumundan, təhsilindən, heç bir mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar dövlətçiliyimizin yanındadır”.
Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylov deyib.
Qurum rəsmisi bildirib ki, insanlarımız bu təxribatın arxasında kimlərin dayandığını və durduğunu artıq hiss ediblər:
“Mən sosial şəbəkələrə göz gəzdirdikdən sonra belə bir qənaətə gəldim ki, Azərbaycan ziyalıları, xüsusilə media mənsubları bu küləyin haradan əsdiyini və onun istiqamətini çox dəqiq bilirlər və çox da dəqiq hədəfi tutublar. Bir daha təkrar edirəm ki, Gəncədə baş vermiş hadisə dövlətçiliyimizə və xalqımıza qarşı təxribatdır. Bu hadisəni törədənlər və arxasında duran şəxslər mütləq öz cavablarını almalıdırlar və alacaqlarına da inanıram. Əsl dindarlar təssübkeş müsəlman olduqları kimi, həm də təəssübkeş azərbaycanlıdırlar və milli dövlətimizin də təəssübkeşləridir. Bu cür hadisələri din adına yazmaq olmaz. Bu, din pərdəsi altında və dindən istifadə edərək dövlətimizə qarşı həyata keçirilən məkirli bir plandır”.

Son baxılan xəbərlər

Hacıqabulda “İslam Həmrəyliyi İli” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.05.2017 / 17:59
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı ...

Press-relizlər
14.01.2021 / 17:15
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycan multikultural modeli dünyaya nümunədir"

Müsahibələr
12.02.2016 / 10:10
Ətraflı oxu

Qusarda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Press-relizlər
04.06.2021 / 13:33
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
30.09.2019 / 16:28
Ətraflı oxu

“SOCAR Karbamid” zavodunda "Müasir cəmiyyət və din" mövzusunda konfrans keçirilib

Xəbərlər
05.07.2019 / 18:05
Ətraflı oxu