“Qeyri-ənənəvi cərəyanlar və zərərli vərdişlərin cəmiyyətimizə mənfi təsirləri” mövzusu müzakirə edilib

Press-relizlər / 28.06.2018 / 18:10

İyunun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ceyranbatan Su Təchizatı İdarəsində “Qeyri-ənənəvi cərəyanlar və zərərli vərdişlərin cəmiyyətimizə mənfi təsirləri” mövzusunda tədbir keçirilib.
Tədbirə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları İsmayıl Cəfərov, Şahlar Məmmədov, CSTİ-nin rəis müavini Oruc Bayramov və İdarənin işçi kollektivi qatılıblar.
Giriş nitqi ilə çıxış edən idarənin rəis müavini Oruc Bayramov bildirib ki, bu gün cəmiyyəti narahat edən məqamlardan biri də insanlar arasında yanlış dini düşüncələrin təbliği, dini fanatizm, xurafatçılıq kimi meyillərin olmasıdır. O.Bayramov bildirib ki, ölkəmizdə mövcud sabitliyi pozmaqda maraqlı kifayət qədər qüvvələr var və onlar məhz dini sahəni öz “silahlarına” çevirib gəncləri uçuruma aparırlar. Sözügedən qüvvələrə qarşı mübarizəni isə cəmiyyətin hər bir üzvü aparmalıdır deyə natiq sözlərinə əlavə edib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov öncə Komitənin fəaliyyət istiqamətləri barəsində geniş məlumat verib. O qeyri-ənəvi cərəyanların apardığı təbliğat metodları haqqında məruzə ilə çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bəzi gənclərimizdə olan mənəvi boşluqdan istifadə edən bu və ya digər zərərli cərəyan mənsubları onları öz təsir dairəsinə salmağa cəhd edir.
Tədbirin sonunda DQİDK-nın sifarışı əsasında çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 
 


Son baxılan xəbərlər

Vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə başa çatıb

Xəbərlər
20.09.2023 / 16:24
Ətraflı oxu

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
30.01.2018 / 14:45
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Xəbərlər
01.06.2023 / 11:38
Ətraflı oxu

Xaçmazda maarifləndirici seminar təşkil edilib

Xəbərlər
04.05.2023 / 17:28
Ətraflı oxu

Apellyasiya komissiyasına müraciət etmək istəyənlərin nəzərinə!

Xəbərlər
21.09.2023 / 17:51
Ətraflı oxu