Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edib

Arxiv / 21.06.2018 / 16:53

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 21-də Gədəbəydə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH başçısının vəzifəsini icra edən Qüdrət Paşayev Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılan abidəsini ziyarət ediblər.
Gədəbəy rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
 
    


Son baxılan xəbərlər

Qazaxda “Gənclərin dini radikalizmdən qorunmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.12.2017 / 14:30
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2019 / 14:58
Ətraflı oxu

Kürdəmirdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
26.01.2023 / 13:59
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.01.2023 / 16:57
Ətraflı oxu

Göyçayda "Dini fanatizm və radikalizmin mahiyyəti" mövzusu müzakirə edilib

Press-relizlər
25.01.2023 / 16:09
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri Sadiq Mirzəyev: “Cəmiyyət və din” qəzeti elektron formata keçir

Açıqlama
23.01.2023 / 15:37
Ətraflı oxu