Saatlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq işə başlayıb

Press-relizlər / 11.06.2018 / 17:41

İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.
Saatlı Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Saatlı RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova, Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, məktəb psixoloqları və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, eləcə də gənclər iştirak ediblər.
Seminar-treninqi giriş sözü ilə açan Saatlı RİH başçısının müavini Reyhan Ocaqova mövzunun əhəmiyyətinə toxunub. Vurğulayıb ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, gəncləri radikal dini qrupların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin onlara düzgün çatdırılmasına xüsusi əhəmiyyət verilməlidir.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirib.
Çıxışında maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edən Gündüz İsmayılov təəssüflə vurğulayıb ki, bəzi hallarda cəmiyyətdə Azərbaycanın tərəqqisini qəbul edə bilməyən, milli dövlətçiliyimizə qarşı çıxan, din pərdəsi altında gizlənən bəzi radikal qrupların xurafat meyillərinin gücləndirilməsi cəhdlərinə rast gəlinir. “Bu baxımdan dövlətçiliyimizi və milli-mənəvi dəyərlərimizi qorumaq, eləcə də təbliğ etmək Dövlət Komitəsinin fəaliyyətində başlıca vəzifələrdən biridir”, -deyə sədr müavini sözlərinə əlavə edib.
Dövlət Komitəsinin sədr müavini bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu diqqətə çatdırıb.
Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 


Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu ötən il ərzində də dini etiqad sahəsindəki fəaliyyətini uğurla davam ...

Press-relizlər
17.01.2022 / 13:39
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
16.02.2018 / 16:15
Ətraflı oxu

Bölgələrdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Press-relizlər
18.01.2022 / 15:44
Ətraflı oxu

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

Press-relizlər
14.06.2018 / 18:00
Ətraflı oxu

Bakıda dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat aşkarlanıb

Press-relizlər
05.07.2019 / 17:06
Ətraflı oxu

Qusarda “Narkomaniya və dini radikalizmin sosial təhlükəsi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.05.2017 / 09:37
Ətraflı oxu