“Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 06.06.2018 / 12:11

İyunun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qobustan rayonu Nabur kəndində “Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, RİH başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Müseyibov, Ə.İbrahimov adına Nabur kənd tam orta məktəbin direktoru Zeynal Nurəhmədov və müəllim-şagird kollektivi, Nabur kənd məscidi dini icmasının sədri Babaxan Xocaməmmədov, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra DQDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayişi olunub.
Çıxışlar zamanı radikalizmlə mübarizədə ictimaiyyətin rolundan, radikal qüvvələrin bizim milli və dini kimliyimizə qarşı təhdidlərindən bəhs olunub, Milli qəhrəmanlarımızın həyat yolunun gənclər üçün örnək olduğu vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
28.02.2019 / 15:20
Ətraflı oxu

Hacıqabulda keçirilən regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər
28.02.2019 / 15:27
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
13.02.2019 / 15:23
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi növbəti tədbir keçirib

Press-relizlər
13.10.2017 / 16:14
Ətraflı oxu