Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 05.06.2018 / 16:57

İyunun 5-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Çökəkoba kənd tam orta məktəbində “Azərbaycan xalqı öz tarixinə və milli-mənəvi dəyərlərinə bağlıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günəş Əsgərova və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər. 
Çökəkoba kənd tam orta məktəbinin direktoru Mübariz Əfəndiyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, rəhbərlik etdiyi məktəbdə müəllim kollektivi şagirdlərlə birgə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi, onların təbliği sahəsində mütəmadi olaraq tədbirlər keçirir, xüsusi stendlər hazırlanır. Məktəb direktoru milli-mənəvi dəyərlərin qorunması ilə bağlı keçirilən bu tədbirlərin şagirdlərin milli-mənəvi dəyərlərə bağlı ruhda böyüməsində əhəmiyyətli olduğunu bildirib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanılmasının vacibliyini qeyd edib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mili-mənəvi dəyərlərin əhəmiyyətini, onların radikal qrupların təsiri altına düşməməsi üçün təhsilli və dünyagörüşünə malik olmalarının vacibliyini vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında Azərbaycan xalqının qədim dövrlərdən bu günədək keçdiyi inkişaf yolundan, 100 il əvvəl müsəlman şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib. Dini fanatizmin, radikalizmin, ekstremizmin zərərləri və onların törətdiyi fəsadlar barədə tədbir iştirakçılarına məlumat verən natiq, dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən də bəhs edib.
Rayon təhsil şöbəsinin nümayəndəsi Günəş Əsgərova yetişməkdə olan gənc nəslin hər zaman öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə bağlı olmasının vacibliyini və bunun hər bir şəxsiyyətin formalaşmasında əhəmiyyətini qeyd edib.
 

Son baxılan xəbərlər

Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşü olub

Xəbərlər
23.01.2018 / 09:36
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Press-relizlər
31.10.2019 / 14:52
Ətraflı oxu

Zəfərə gedən yol: milli birlik və dini həmrəylik

Xəbərlər
17.11.2020 / 10:13
Ətraflı oxu

Dövlət Komitəsində Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yeni yepiskopu ilə görüş keçirilib

Xəbərlər
17.01.2022 / 17:02
Ətraflı oxu

Yevlaxda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
20.02.2019 / 16:07
Ətraflı oxu

“Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.06.2019 / 16:30
Ətraflı oxu