Yasamalda AXC-nin 100 illiyinə həsr olunmuş tədbir baş tutub

Press-relizlər / 25.05.2018 / 17:53

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə Yasamal rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Sadiq Qinyazlı və şöbənin əməkdaşı Fidan Aslanova, Yasamal RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov, mərkəzin direktoru, rayon ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbə və müəllim kollektivi iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsiylə başlayan tədbiri giriş nitqi ilə Yasamal RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini Vaqif Məmmədov açıq elan edib. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə geniş məruzəylə çıxış edib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Sadiq Qinyazlı ölkə prezidenti cənab İlham Əliyevin Cümhuriyyətin yüz illiyi ilə əlaqədar imzaladığı Sərəncamın dövlətçiliyimizə, tariximizə, keçmişimizə olan sevgi və sayğı hisslərinin təzahürü olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova cəmi 23 ay yaşayan Cümhuriyyət dövründə dövlət quruculuğu sahəsində görülən işlərin, demokratik hüquq və azadlıqların bərqərar edilməsi sahəsində atılan addımların, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsinin, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara yiyələnməsinin, ordu, parlament, ilk ali təhsil müəssisəsinin yaradılmasının əhəmiyyətindən bəhs edib.
Yasamal RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov tolerantlıq nümunəsi olan ölkəmizdə qаrşılıqlı еtimаdа əsаslаnаn milli-mədəni və dini münаsibətlər sistеminin fоrmаlаşmasının ilk növbədə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinin nəticəsi olduğunu qeyd edib, bu ənənənin layiqincə  davam etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətinə həsr edilmiş filmə baxıblar.
 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətləri hər bir ...

Xəbərlər
14.07.2017 / 18:38
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edib

Press-relizlər
27.05.2022 / 16:14
Ətraflı oxu

Gəncədə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur" adlı tədbir keçirilib

Press-relizlər
27.05.2022 / 11:22
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.03.2019 / 15:54
Ətraflı oxu

Prezident İlham Əliyev dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı Sərəncam imzalayıb

Xəbərlər
12.09.2018 / 11:42
Ətraflı oxu

“Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.03.2020 / 17:14
Ətraflı oxu