(11).jpg&w=1200)
Press-relizlər / 24.05.2018 / 10:15
Mayın 24-də Neftçala rayonu Nizami Gəncəvi adına 3 saylı tam orta məktəbdə Neftçala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Təqdimat zamanı Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, məktəbin direktor müavini Qönçə Həsənova, müəllimlər, şagirdlər və rayonun aktiv gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan orta məktəbin direktor müavini Qönçə Həsənova dini radikalizmə qarşı ölkəmizdə keçirilən maarifləndirici layihələrin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli “Şəhadət” sənədli filmi barədə danışaraq bildirib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.