AXC-nin yaranmasının 100 illiyi ilə bağlı Lənkəranda tədbir təşkil olunub

Press-relizlər / 24.05.2018 / 14:31

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə rayonun Gərmətük qəsəbə tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Gərmətük qəsəbə tam orta məktəbinin direktoru Gülşən Rüstəmova, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülşən Rüstəmova çıxışında keçirilən tədbirin mövzusu haqqında məlumat verib. G.Rüstəmova 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm hadisə olduğunu qeyd edib.
Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov və Cəmil Axundzadə çıxışlarında Xalq Cümhuriyyətinin qısa zaman ərzində gördüyü işlərdən danışıblar. Natiqlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 16 may 2017-ci il tarixli Sərəncamını, eləcə də 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsini tarixi keçmişimizə verilən dəyər kimi yüksək qiymətləndiriblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli “Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” mövzusunda çıxış edərək Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə və Azərbaycan Respublikasında həyata keçirilən dövlət-din münasibətləri haqqında məlumat verib. E.Həmidli Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bildirib.
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və digərləri çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.
Sonda şagirdlərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
  

Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbərlər
10.02.2018 / 09:53
Ətraflı oxu

“Artıq birgə yaşayışın vaxtı çatıb” - Dini icma nümayəndələrindən Qarabağda yaşayan ermənilərə müraciət

Açıqlama
28.03.2023 / 15:13
Ətraflı oxu

Kürdəmirdə yerləşən N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
26.05.2022 / 17:22
Ətraflı oxu

Quba, Oğuz və Astarada "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
31.05.2019 / 15:19
Ətraflı oxu

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblər

Press-relizlər
24.11.2020 / 15:25
Ətraflı oxu

Prezident İlham Əliyev və birinci xanıma Şuşada yeni inşa olunacaq məscid kompleksinin layihəsi barədə ...

Xəbərlər
12.05.2022 / 10:24
Ətraflı oxu