Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 23.05.2018 / 16:46

Mayın 23-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri (HDQ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə hazırladığı Tədbirlər Planına əsasən Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində zabit, əsgər heyətinin və Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun iştirakı ilə “Dini radikalizm-ictimai və mənəvi təhlükə mənbəyi kimi” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov dini radikalizm və onun təzahür formaları haqqında danışıb. Bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.  S. Heydərov qeyd edib ki, maarifləndirmə bütün neqativ hallara qarşı mübarizədə ən effektiv vasitədir. Dini maarifləndirmənin düzgün aparıldığı şəraitdə dini təhlükəsizliyə yönəldilən təhdidlərin səviyyəsi azalır.
Komitə sədrinin müavini diqqətə çatdırıb ki, radikalizmin və ekstremizmin təsirinə düşməyin başlıca səbəblərindən biri vətənpərvərlik hissinin zəif olmasıdır. Bu səbəbdən gənclər maarifləndirilməli, onlara vətənpərvərlik hissi aşılanmalıdır.
Vətənpərvərlik mövzusunda çəkilən “Şəhadət” sənədli filmi barədə hərbiçiləri məlumatlandıran sədr müavini filmin süjet xəttində göstərilən, Vətənimiz uğrunda canından keçmiş şəhidlərimizdən və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanların acı taleyi haqqında çıxış edib. Bildirib ki, filmə baxarkən Vətən uğrunda şəhid olmuş fədakar, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır. Yad dini ideologiyaların təsirinə məruz qalmış, ailələrinə faciələr yaratmış gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir.
S.Heydərov vurğulayıb ki, filmdə  bəhs edilən aprel döyüşləri Azərbaycanda həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirdi, eləcə də bir daha göstərdi ki, Azərbaycan xalqı bir qarış torpağını güzəştə getməyəcək.
Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və hərbiçiləri maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, ...

Xəbərlər
18.01.2022 / 17:09
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində onlayn iclas keçirilib

Xəbərlər
01.07.2021 / 17:44
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
22.10.2019 / 13:06
Ətraflı oxu

İlham Əliyev güclü liderlik nümayiş etdirir

Press-relizlər
18.06.2020 / 09:48
Ətraflı oxu

Saatlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq işə başlayıb

Press-relizlər
11.06.2018 / 17:41
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu ötən il ərzində də dini etiqad sahəsindəki fəaliyyətini uğurla davam ...

Press-relizlər
17.01.2022 / 13:39
Ətraflı oxu