İsmayıllıda "Dini radikalizm, zərərli vərdişlər və erkən nikah" mövzusunda tədbir keçirilib

Press-relizlər / 22.05.2018 / 16:00

Mayın 22-də İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) birgə təşkilatçılığı ilə “Dini radikalizm, zərərli vərdişlər və erkən nikah” mövzusunda tədbir keçirilib.
Tədbirdə mərkəzin direktoru Lətifə Əliyeva, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, Cülyan kənd tam orta məktəbinin direktoru E. Mursalov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
 Eyvaz Mursalov mövzunun əhəmiyyəti barədə məlumat verib.
Sonra mərkəzin direktoru L.Əliyeva
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev dini radikalizmin fəsadları, yaranma səbəbləri, mübarizə metodlarından danışıblar.
RİH başçısı yanında komissiyanın nümayəndəsi Bəhruz Xələfov və RPŞ-nin baş inspektoru Rahim Orucov çıxış edərək bildiriblər ki, bu cür tədbirlərin keçirilməsində məqsəd uşaqların hüquqlarının müdafiəsi, sosial problemləri, narkomaniya ilə mübarizə, eyni zamanda bu sahədə mövcud çətinliklərin aşkar edilməsi və aradan qaldırılmasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Səyyad Salahlı: “Dini radikalizmlə mübarizədə hər kəs, o cümlədən din xadimiləri fəal olmalıdır”

Press-relizlər
27.09.2019 / 12:00
Ətraflı oxu

Oğuzda “Şəhidlik və dini radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
26.04.2018 / 14:33
Ətraflı oxu

Füzuli rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
03.03.2018 / 13:30
Ətraflı oxu

“Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2016 / 13:55
Ətraflı oxu

Masallıda “Dini radikalizm, narkomaniya və erkən nikah dövrümüzün bəlasıdır” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
19.11.2021 / 11:03
Ətraflı oxu

Xaçmaz rayonu Qobuqırağı kənd məscidində “Şəhadət” filmi nümayiş etdirilib

Press-relizlər
26.01.2018 / 17:14
Ətraflı oxu