Zərdabda Beynəlxalq Ailə Günü münasibəti ilə “Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Press-relizlər / 15.05.2018 / 17:28

Mayın 15-də Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Günü münasibətilə “Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib.
Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil edilən tədbirdə Mərkəzin müdiri Ləman Səfərəliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllimlər, mədəniyyət işçiləri, valideynlər və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri L.Səfərəliyeva qeyd edib ki, dövlətimizin ailə siyasəti uğurla həyata keçirilir. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ailə dəyərlərinin qorunaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi işlər görülür.  
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı S.Hüseynov bildirib ki, Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlər mühüm rol oynayır. Lakin ailə insitutunun möhkəmləndirilməsində, ilk növbədə, qanunlara istinad edilməlidir. Təəssüf ki, qızların təhsildən yayınması, erkən yaşda nikah qurması faktları ilə rastlaşırıq və orta əsrlərdə olduğu kimi, valideynlər bunu dinlə bağlayırlar. Bu, yanlış fikirdir. İslam dininin dəyərləri insanlara düzgün çatdırılmalıdır. Biz dünyəvi dövlətdə yaşayırıq və bu kimi məsələlərə, ilk növbədə, qanunvericilik prizmasından baxmalıyıq.
Tədbirin sonunda diskussiya təşkil olunub, çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.
 


Son baxılan xəbərlər

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə üçüncü Əlavə Görüşündə çıxış edib

Press-relizlər
11.11.2020 / 11:25
Ətraflı oxu

Dövlət-din münasibətləri: istiqamətlər və hədəflər

Xəbərlər
03.12.2020 / 17:07
Ətraflı oxu

Türk dünyasının multikulturalizmi

Multikulturalizm
30.03.2016 / 11:17
Ətraflı oxu

“Erkən nikah, yarımçıq qalan təhsil” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
12.03.2021 / 17:11
Ətraflı oxu

Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
25.12.2018 / 15:18
Ətraflı oxu

Dəmir yumruğun təntənəsi

Xəbərlər
09.05.2021 / 09:25
Ətraflı oxu