Xətai rayonunun dindarları ilə görüş keçirilib

Press-relizlər / 14.05.2018 / 16:48

Mayın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə qarşıdan gələn Ramazan ayı ilə əlaqədar Xətai rayonu “Əhmədli qəsəbə məscidi” dini icması və “Mirtağı” məscidi dini icmalarının sədrləri, üzvləri, imamlar, rayon dindarları və gənclərlə görüşlər keçirilib. Görüşlərdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev və QMİ-nin Xətai rayonu üzrə səlahiyyətli nümayəndəsi Murad Cəfərov iştirak ediblər.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət-din münasibətləri yüksək səviyyədə inkişaf edir. Dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin möhkəmləndiyi xüsusi diqqətə çatdırılıb.
Keçirilən görüşlərdə qarşıdan gələn Müqəddəs Ramazan ayının müsəlman aləmi üçün önəmindən və əhəmiyyətindən də bəhs edilib.
Sonda icma üzvləri, imamlar və rayon dindarları çıxış edərək mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
  


Son baxılan xəbərlər

“Şəhidlər : milli – mənəvi dəyər kimi “ mövzusunda onlayn seminar keçirilib

Xəbərlər
10.09.2021 / 12:26
Ətraflı oxu

Prezident İlham Əliyev: “Biz bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət ...

Xəbərlər
24.12.2020 / 16:50
Ətraflı oxu

Dini radikalizim İslam həmrəyliyinə maneədir

Press-relizlər
08.12.2017 / 09:51
Ətraflı oxu

“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
30.04.2021 / 13:16
Ətraflı oxu

“Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2019 / 09:14
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi Ukrayna mətbuatında dərc edilib

Xəbərlər
11.09.2020 / 10:40
Ətraflı oxu