Zaqatalada “Milli-mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir” adlı tədbir keçirilib

Press-relizlər / 08.05.2018 / 17:53

Mayın 8-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Üçüncü Tala kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Təhsil Şöbəsinin nümayəndəsi Səadət Sofiyeva, məktəbin drektoru Alimə Qurbanova, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru A. Qurbanova qeyd edib ki, keçirilən tədbir gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyətə malikdir.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı R.Həsənov çıxışında müasir Azərbaycan gəncliyinin xalqımızın min illərlə formalaşmış milli-mənəvi dəyərlərindən qaynaqlanan Vətən sevgisindən bəhs edib, dini dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İ.Vəliyev radikal dini cərəyanların zərərlərindən, dini radikalizmin törətdiyi fəsadlardan və ona qarşı aparılan mübarizə tədbirləridən danışıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
 
 
    

Son baxılan xəbərlər

Vladimir Fekete: “İslam Həmrəyliyi İli” ötənilki “Multikulturalizm İli”nin davamıdır

İSLAM HƏMRƏYLİYİ İLİ
16.03.2017 / 11:19
Ətraflı oxu

Zaqatalada 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
27.01.2021 / 17:31
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu RİH Nardaranda birgə tədbir keçirib

Press-relizlər
10.11.2016 / 17:24
Ətraflı oxu

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində çap edilən kitablardan ibarət sərgi keçirilib

Press-relizlər
20.12.2017 / 17:02
Ətraflı oxu

Şəkidə “Tolerant Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir baş tutub

Press-relizlər
06.08.2019 / 15:57
Ətraflı oxu

Prezident İlham Əliyev: "Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət ...

Xəbərlər
11.10.2021 / 10:29
Ətraflı oxu