Press-relizlər / 07.05.2018 / 14:37
Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İmişli şəhər 2 saylı tam orta məktəbində “Vətənpərvərlik hisslərini qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın borcudur” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Quliyeva, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini S.Quliyeva mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, vətənpərvərlik hisslərini qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın, o cümlədən gənclərin müqəddəs borcudur.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Dəmirov vurğulayıb ki, keçirilən bu cür tədbirlər gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.
Sonda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.
Qeyd edək ki, tədbir iştirakçılarına Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.