Bölgələrdə "Şəhadət" sənədli filmi nümayiş olunub

Press-relizlər / 02.05.2018 / 12:34

Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qovlarsarı kənd tam orta məktəbində "Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin əməkdaşları, Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev, məktəbin direktoru Ramilə Aslanova, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı V. Tağıyev mövzunun əhəmiyyətindən danışıb. Natiq bu cür tədbilərin keçirilməsinin vacibliyini vurğulayıb.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri A. Əliyev çıxışında aprel döyüşlərində qazanılan qələbənin xalqımızın tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edib. Vurğulayıb ki, döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
Tədbirin sonunda “Şəhatət” sənədli filmi nümayiş etdirilib. 

                                                                                           ***
Mayın 2-də Qax şəhər 2 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Şəhadət” sənədli filminin nümayişi keçirilib.  Qax Rayon İcra Hakimiyyəti, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi və Qax rayon Təhsil şöbəsinin birgə təşəbbüsü ilə keçirilən görüşdə DQİDK-nIn Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH başçısı Aparatanın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Səmədov və məktəbin şagirdləri iştirak ediblər.

                                                                                           ***
Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şabran rayonu Gəndov kəndində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran RİH başçısı Aparatının İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Gəndov kənd tam orta məktəbinin direktoru Samirə Baladadaşova, müəllimlər, şagirdlər və dindarlar iştirak ediblər. Keçirilən tədbirdə, eyni zamanda "Şəhadət" sənədli filmi nümayiş olunub.


Son baxılan xəbərlər

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 09:58
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
18.10.2017 / 16:10
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: "Qarabağdakı kilsələr tarixi görkəminə qaytarılacaq".

Xəbərlər
23.05.2022 / 09:37
Ətraflı oxu

Yas mərasimi: necə olmalıdır, necə keçirilir?

Xəbərlər
11.03.2016 / 09:21
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ...

Press-relizlər
21.05.2016 / 09:08
Ətraflı oxu

Brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının təqdimatı keçirilib

Press-relizlər
10.11.2016 / 17:37
Ətraflı oxu