Qaradağda maarifəndirmə tədbiri keçirilib

Press-relizlər / 02.05.2018 / 11:06

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayon gənclər evində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Sadiq Qinyazov və şöbənin əməkdaşı Aslan Sultanov, Qaradağ RİH başçısının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, QMİ-nin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faqi Əhmədov, icma sədrləri, imamlar və gənc nəslin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov bildirib ki, ölkəmizdə, o cümlədən Bakıda dini durum sabitdir. Natiq, eyni zamanda Qaradağ rayonu ərazisində dini durumun sabit saxlanılması məqsədilə keçirilmiş tədbirlərdən, dini radikalizm və ekstremizmin qarşısının alınması istiqamətində həyata keçirilən işlərdən də danışıb.
Daha sonra çıxış edən Qaradağ RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Y. Nəsibov Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizlə vəhdətdə olduğunu diqqətə çatdırıb.
Sonda icma sədrləri və imamlar çıxış edərək mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
 
  


Son baxılan xəbərlər

Quba rayonunda “Vətəni sevmək imandandır” adlı tədbir keçirilib

Press-relizlər
06.03.2018 / 16:13
Ətraflı oxu

Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

Press-relizlər
06.06.2016 / 15:33
Ətraflı oxu

Xalqımız zəngin milli-mənəvi dəyərlərə sahibdir

Press-relizlər
07.09.2018 / 12:00
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici xarakterli tədbir keçirilib

Press-relizlər
28.02.2018 / 11:33
Ətraflı oxu

Mərdəkanda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
13.12.2017 / 15:02
Ətraflı oxu

Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə onlayn tədbir keçirilib

Press-relizlər
12.01.2021 / 13:29
Ətraflı oxu