Masallıda “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusu müzakirə olunub

Press-relizlər / 27.04.2018 / 14:57

Aprelin 27-də Masallı şəhər 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, orta məktəbin direktor müavini Nailə Əsədullayeva, Masallı Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyəat müvəkkili Pərviz Məmmədov və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı şəhər 3 saylı tam orta məktəbin direktor müavini N.Əsədullayeva cəmiyyətdə zərərli vərdişlərin və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov narkomaniyanın, o cümlədən zərərli vərdişlərin törətdiyi fəsadların qarşısının alınması və bununla bağlı aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Natiq eyni zamanda, milli-mənəvi dəyərlərin rolundan söhbət açaraq, gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin rolunun əhəmiyyətini qeyd edib.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov, həkim Zəkəriyyə Babayev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.
Qeyd edək ki, tədbir Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirməsi haqqında” Fəaliyyət Planına və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün “Narkomaniyaya qarşı mübarizə” haqqında İş Planına uyğun olaraq keçirilib.
  


Son baxılan xəbərlər

Din xadimlərinin iştirakı ilə "Aşura mərasimi: tarix, ənənə və hüquq müstəvisində" mövzusu müzakirə ...

Press-relizlər
06.08.2021 / 17:19
Ətraflı oxu

Göyçayda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusu müzakirə olunub

Press-relizlər
25.04.2017 / 18:00
Ətraflı oxu

“Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.09.2018 / 12:50
Ətraflı oxu

“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.02.2017 / 15:37
Ətraflı oxu

Əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyev

Xəbərlər
10.05.2017 / 13:04
Ətraflı oxu

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin tikintisi ilə tanış olub

Xəbərlər
27.05.2022 / 10:17
Ətraflı oxu