Press-relizlər / 26.04.2018 / 14:33
Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Oğuz Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhidlik və dini radikalizm”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, Təhsil Şöbəsinin əməkdaşı Telman Mustafayev və müəllimlər iştirak ediblər.
Rayon Təhsil Şöbəsinin əməkdaşı T. Mustafayev tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi E. Qarayev qeyri-ənənəvi dini cərəyanlar, dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını bildirib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” filmi nümayiş olunub.