Ağstafada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər / 25.04.2018 / 18:50

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.
Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmaliyev, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Rasim Tağıyev, məktəb psixoloqları və "Həyat Bilgisi" fənnini tədris edən müəllimlər iştirak ediblər.
Seminar-treninqin birinci gününü giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmaliyev mövzunun əhəmiyyətindən danışıb. Natiq, həmçinin rayonda mövcud dini vəziyyət barədə də tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini G. İsmayılov bildirib ki, bu gün ölkəmizdə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir. Sədr müavini qeyd edib ki, bu cür seminar-treninqlərin təşkilində əsas məqsəd dini maarifləndirmə yolu ilə radikalizm, məzhəbçilik, dini ayrı-seçkilik kimi amillərə qarşı mübarizə, eyni zamanda ictimaiyyətin düzgün istiqamətləndirilməsidir.
Ölkəmizdə mövcud olan tolerantlıq mühitindən də danışan DQİDK-nın sədr müavinin sözlərinə görə, Azərbaycanda bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur. Vurğulayıb ki, ölkə əhalisi dini radikalizm, ekstremizm və onların fəsadları, eləcə də milli-mənəvi dəyərlərimiz haqqında kifayət qədər məlumatlıdırlar. Amma zaman keçdikcə bu istiqamətlərdə işlərin daha da gücləndiriməsinə ehtiyac var, çünki din həssas sahədir və dövlətin, eləcə də cəmiyyətin milli, ictimai və ideoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dini radikalizm və ekstremizmin fəsadlarından da danışan G. İsmayılov deyib ki, dini radikalizmlə mübarizədə ən effektiv metod gənclərin təhsilinin artırılmasıdır.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 
 


Son baxılan xəbərlər

Quba, Oğuz və Astarada "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
31.05.2019 / 15:19
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzVision.az oxucularının suallarını ...

Müsahibələr
19.12.2014 / 15:10
Ətraflı oxu

Zərdabda “31 Mart-Tariximizin faciəli səhifəsi” adlı anım tədbiri keçirilib

Press-relizlər
30.03.2021 / 15:40
Ətraflı oxu

“Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
25.01.2017 / 09:20
Ətraflı oxu

Göygöl rayonunda “Dini radikalizmə qarşı mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
26.10.2022 / 11:36
Ətraflı oxu

Cəmiyyətə insanların dini dəyərlərdən düzgün faydalanacağı informasiyalar ötürülməlidir

Xəbərlər
22.12.2021 / 17:06
Ətraflı oxu