Samuxda “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi" mövzusunda tədbir keçirilib

Press-relizlər / 25.04.2018 / 14:33

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Samux şəhər 2 saylı tam orta məktəbində aprel döyüşlərinə həsr olunmuş “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi" mövzusunda tədbir keçirilib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları, Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev, məktəbin drektoru Əminə Cəfərova, eləcə də müəllim və şagirdlərin iştirak etdiyi tədbiri giriş sözü açan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, tədbir aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan gənclərimizin timsalında vətənpərvərlik ideyasını təbliğ etmək, eyni zamanda dini radikalizmin neqativ mahiyyətini açıqlamaq məqsədi ilə keçirilir.
Daha sonra çıxış edən Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev deyib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Onun sözlərinə görə, bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Digər çıxış edən natiqlər bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Abşeron rayonunda yerləşən N saylı hərbi hissədə Anım Günü ilə bağlı tədbir keçirilib

Press-relizlər
27.09.2022 / 17:13
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasına etiraz məktubu ünvanlayıblar

Press-relizlər
26.08.2016 / 15:45
Ətraflı oxu

Şimal bölgəsində “Radikallıqla mübarizə: təbliğat, təşviqat və maarifləndirmə” mövzusu müzakirə olunub

Press-relizlər
11.09.2020 / 17:04
Ətraflı oxu

"SOCAR-KBR" MMC-də maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.05.2019 / 16:38
Ətraflı oxu

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Press-relizlər
19.07.2017 / 18:35
Ətraflı oxu