
Press-relizlər / 20.04.2018 / 16:20
Aprelin 19-da Qazax Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Aprel zəfəri” mövzusunda tədbir keçirilib.
Rayonun Birinci Şıxlı kənd tam orta məktəbində keçirilən tədbirdə kənd ağsaqqalları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı ilin aprelində qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə qarşı hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına həlak olan bütün şəhidlərimizin şərəfli döyüş yolu gənclər üçün üçün bir nümunədir. Qeyd edib ki, şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və onların ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, Qazax Cümə məscidinin imamı Zaur Budaqov, Birinci Şıxlı kənd tam orta məktəbinin direktoru Məzahir Qocayev və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda iştirakçılara Qazax RİH-in təşəbbüsü ilə nəşr edilən “Aprel döyüşləri” kitabı hədiyyə edilib və DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.