Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir

Press-relizlər / 19.04.2018 / 16:56

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonunun Kəlvəz kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Kəlvəz kənd tam orta məktəbinin direktoru Nizami Quliyev, Kəlvəz kənd məscidinin mütəvəllisi Habil Quliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kəlvəz kənd tam orta məktəbin direktoru  Nizami Quliyev çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, bu dəyərlərin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyəti olduğunu vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov Azərbaycanda tolerant və multikultural ənənələrin, dinlərarası və məzhəblərarası həmrəylik və vəhdətin hökm sürdüyünü qeyd edib. A.Həsənov tədbir iştirakçılarına dini radikalizm və onun fəsadları haqqında məlumat verərək bildirib ki, Dövlət Komitəsi tərəfindən dini radikalizmə qarşı mübarizə məqsədilə, həmçinin milli-mənəvi dəyərlərin təbliği istiqamətində çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilir.
Kəlvəz kənd məscidinin mütəvəllisi Habil Quliyev və digərləri çıxışlarında milli-mənəvi və dini dəyərlərin qorunduğu, tolerant və multikultural mühitin mövcud olduğu ölkəmizdə dini radikalizmə yer olmadığını bildiriblər.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   
 


Son baxılan xəbərlər

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.05.2017 / 16:39
Ətraflı oxu

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də ...

Açıqlama
07.07.2015 / 18:28
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Xəbərlər
30.03.2016 / 15:58
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınırıq”

Xəbərlər
09.02.2018 / 09:29
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”

Açıqlama
30.11.2015 / 18:24
Ətraflı oxu

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
30.01.2018 / 14:45
Ətraflı oxu