Sumqayıtda “Aprel döyüşləri – tariximizin yeni qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

Press-relizlər / 10.04.2018 / 15:16

Aprelin 10-da Sumqayıt şəhəri 33 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Aprel döyüşləri – tariximizin yeni qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Piruzə Cəfərova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktor müavini Piruzə Cəfərova 2016-cı ilin aprel ayında baş verən döyüşlər barədə danışaraq bu döyüşlərdə Azərbaycan ordusunun düşmən üzərində qalib gəldiyini və nəticədə işğal altında olan torpaqlarımızın bir qisminin azad olunduğunu bildirib. O qeyd edib ki, bu məktəbin məzunu olan aprel döyüşləri şəhidi Şulan Bayramov, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimiz hər bir gənc üçün vətənpərvərlik nümunəsidir.
Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədov aprel döyüşləri zamanı düşmənin təxribatına qarşı cəmiyyətimizin həmrəyliyindən, xalqın ordumuzun zəfər qazanacağına inamından söhbət açıb. O bildirib ki, igid əsgərlərimiz qanı, canı bahasına xalqın onlara olan bu etimadını doğruldub. Dünya ictimaiyyəti bu döyüşlərdə Azərbaycan ordusunun şücaətini görüb, sülh danışıqları fayda verməyəcəyi təqdirdə ordumuzun hər an hərb yolu ilə torpaqlarımızı azad etmək iqtidarında olduğunu anlayıb. 
Çıxışlardan sonra DQİDK-nın təşəbbüsü ilə çəkilən şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhadət” sənədli filmi şagirdlərə nümayiş etdirilib.
 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etmişdir (Foto)

Xəbərlər
25.07.2013 / 10:03
Ətraflı oxu

DQİDK sədri ABŞ-nin Yuta ştatından gələn nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
24.05.2023 / 12:51
Ətraflı oxu

Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.08.2019 / 15:57
Ətraflı oxu

İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bunu qorumalıyıq

Müsahibələr
16.04.2016 / 13:13
Ətraflı oxu

Anım Günündə şəhidlərimizin xatirəsi yad edilib

Xəbərlər
27.09.2022 / 15:01
Ətraflı oxu

Qubada dini radikalizm və ekstremizm mövzusu müzakirə olunub

Press-relizlər
19.10.2022 / 15:50
Ətraflı oxu