Hacıqabul rayonunda “Şəhadət”sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 07.04.2018 / 12:13

Aprelin 6-da Hacıqabul rayonu 8 saylı orta məktəbdə  Hacıqabul  Rayonu İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı DQİDK-nın sifarişi ilə çəkilmiş” “Şəhadət” sənədli filmi nümayiş etdirib. Tədbirdə DQİDK-nın  Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, məktəbin direktor müavini Ülviyyə Həsənova, Hacıqabul RİH-nin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasının məsul katibi Natiq Əhmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə  DQİDK-nın  Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev  filmin əhəmiyyətindən danışaraq bildirib ki,film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilib və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına həsr olunan filmdə dini radikalizmin törətdiyi fəsadların diqqətə çatdırıldığını bildirib.Natiq onu da vurğulayıb ki, vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda zaman-zaman xalqımızın igid oğulları öz canlarını qurban verib və şəhidlik zirvəsinə ucalıblar. 
Təəssüflər olsun ki, son zamanlar dünyada meydana gələn dini radikalizm, dini ekstremizm kimi mənfi meyillər Azərbaycandan da yan keçməyib. Radikal dini təriqətlərin təsiri altına düşən insanlar ailələrini, doğma torpaqlarını ataraq silahlı münaqişələrə qoşulub və əksəriyyəti də məhv olublar.
Son bir neçə ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir.
Daha sonra “Şəhadət” filmi nümayiş olunub.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 
    
       

Son baxılan xəbərlər

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
30.08.2019 / 15:25
Ətraflı oxu

Kürdəmirdə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.03.2018 / 15:33
Ətraflı oxu

Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.05.2019 / 16:21
Ətraflı oxu

Din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Xəbərlər
04.07.2020 / 09:59
Ətraflı oxu

Masallıda “Dinimiz radikalizm və ekstremizmi rədd edir” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.11.2017 / 15:25
Ətraflı oxu

Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Press-relizlər
03.05.2018 / 15:46
Ətraflı oxu