Vətəni sevmək imandandır

Press-relizlər / 04.04.2018 / 17:09

Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Quba rayonu Alpan kənd klubunda “Vətəni sevmək imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov, dindarlar, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, ölkədə dini sabitliyin saxlanılması və qorunması sahəsində çox saylı tədbirlər həyata keçirilib. Vurğulayıb ki, ölkə rəhbərliyi dini sahəyə xüsusi diqqət və qayğı göstərməklə yanaşı, yerli dindarların daha savadlı və dünyagörüşlü olmaları məqsədilə yeni dini kolleclər və ali təhsil müəssisəsi yaradıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edib. O qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından irəlidə addımlayan ölkələrdəndir. Natiq qeyd edib ki, aparılan təbliğat işinin nəticəsi olaraq son zamanlar radikalizmə meyillənmə halları tamamilə azalıb. Bildirib ki, bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər əvəzsizdir.
Quba rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov çıxışında qeyd edib ki, təhsil bir millətin gələcəyi olmaqla yanaşı, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində əvəzsiz rol oynayır.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib, suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Şamaxıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 11:58
Ətraflı oxu

Səyyad Salahlı: "Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır"

Xəbərlər
13.11.2018 / 17:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
28.04.2022 / 15:34
Ətraflı oxu

Şuşa məscidində namaz qılındı

Xəbərlər
13.11.2020 / 13:22
Ətraflı oxu

Ağcabədidə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir təşkil olunub

Press-relizlər
20.04.2018 / 16:32
Ətraflı oxu

Prezidentin Sərəncamı respublikamızda uğurla icra olunur

Press-relizlər
25.01.2018 / 11:48
Ətraflı oxu