“Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” adlı tədbir keçirilib

Press-relizlər / 04.04.2018 / 12:11

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyini qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) mövcud olduğu 23 aylıq fəaliyyət dövründə dövlət-din münasibətləri haqqında məlumat verib. Q.Məmmədov AXC-nin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.
Lənkəran ŞİH-in nümayəndəsi Asif İmanlı çıxışında ölkəmizdə tarixən hökm sürən tolerant, multikultural ənənələrdən, bu ənənələrin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icmasının sədri və imamı Əliəşrəf Əliyev və digərləri çıxışlarında Azərbaycanda hökm sürən etnik və dini tolerantlığın dünyaya nümunə olduğunu, ölkəmizin bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını qeyd ediblər. Natiqlər Cənab Prezident İlham Əliyevin “Multikulturalizm İli” nin ardınca, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini milli-mənəvi və dini dəyərlərə verilən dəyər kimi yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Son baxılan xəbərlər

DQİDK hüquq-mühafizə orqanları ilə birgə Kürdəmirdə tədbir keçirib

Arxiv
19.10.2016 / 16:19
Ətraflı oxu

Şəmkirdə “Radikalizm və onun fəsadları” layihəsi çərçivəsində tədbir keçirilib

Press-relizlər
29.04.2016 / 17:49
Ətraflı oxu

"Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar" adlı video-konfrans keçirilib

Press-relizlər
15.05.2020 / 15:22
Ətraflı oxu

Qubada insan hüquqları aylığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
10.06.2016 / 16:00
Ətraflı oxu

“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
08.05.2021 / 12:00
Ətraflı oxu

“Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
27.05.2021 / 10:46
Ətraflı oxu