Şamaxı şəhər “Cümə” məscidində 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər / 31.03.2018 / 10:30

Martın 31-də Şamaxı şəhər “Cümə” məscidində 31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, Şamaxı və Qobustan rayonlarına daxil olan məscidlərin dini icma sədrləri, imamlar və mütəvəllilər iştirak ediblər.
Tədbir 31 mart soyqırımı qurbanlarının ruhuna Quran ayələrinin oxunması ilə başlanıb. Daha sonra çıxış edən natiqlər 1918-ci ilin mart qırğınlarının mahiyyəti, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti barədə geniş məlumat veriblər. Qeyd olunub ki, ermənilər tərəfindən həyata keçirilən bu qırğınlarda minlərlə qoca, qadın və uşaq qəddarlıqla qətlə yetirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

“Dövlətçilik, müstəqillik, milli birlik, vətənpərvərlik” mövzusu Qobustanda müzakirə edilib

Xəbərlər
26.05.2022 / 17:15
Ətraflı oxu

"Bidət- həqiqət və ifrat" kitabı

Kitablar
04.03.2015 / 12:42
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir"

İSLAM HƏMRƏYLİYİ İLİ
21.12.2017 / 18:00
Ətraflı oxu

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi başlayıb

Xəbərlər
02.08.2022 / 11:48
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərdən qaynaqlanan vətənpərvərlik” mövzusunda tədbir baş tutub

Press-relizlər
16.04.2019 / 17:17
Ətraflı oxu

16 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.06.2016 / 13:17
Ətraflı oxu