(4)(2).jpg&w=1200)
Press-relizlər / 30.03.2018 / 10:16
Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Füzuli rayonu Mir Mehdi Xəzani adına musiqi təmayüllü gimnaziyada “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Mir Mehdi Xəzani adına musiqi təmayüllü gimnaziyanın direktoru Nazimə Şamıyeva, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev bildirib ki, nümayiş olunan bu film dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sayca ikinci filmdir. O qeyd edib ki, “Şəhadət” sənədli filmində dini radikalizmin qurbanı olmuş və başqa ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşaraq həlak olmuş insanların acı taleləri ilə yanaşı, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizdən bəhs olunur. Qabil Əliyev çıxışında 31 mart - Azərbaycanlıların Soyqırımı Günündən də bəhs edib.

Məruzə ətrafında DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov və gimnaziyanın direktoru Nazimə Şamıyeva çıxş edərək filmin gənc nəslin vətərpərvərlik tərbiyəsindəki rolundan bəhs ediblər.
Filmin nümayişindən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.