Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirilib

Press-relizlər / 15.03.2018 / 17:11

Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi Masallı rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan bir neçə mağazada reyd keçirib. Monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatın və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatın istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.
Masallı şəhərindəki “Köhnə bazar” adlanan ərazidə yerləşən ticarət obyektində Əzizli Pənah Taleh oğluna məxsus mağazada yoxlama zamanı satış üçün xüsusi razılığı olmayan 29 adda dini məzmunlu kitab aşkarlanaraq müsadirə edilib. Aşkarlanmış qanun pozuntusuna görə həmin mağaza sahibi barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək araşdırma üçün məhkəməyə göndərilib.
 

Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

Press-relizlər
14.11.2018 / 10:15
Ətraflı oxu

“Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
19.10.2018 / 10:09
Ətraflı oxu

Qaxda "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə olunub

Press-relizlər
07.07.2022 / 15:32
Ətraflı oxu

Bərdədə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
20.12.2018 / 16:06
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 09:58
Ətraflı oxu

17 noyabr Milli Dirçəliş Günüdür

Xəbərlər
17.11.2020 / 10:30
Ətraflı oxu