Füzuli rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 03.03.2018 / 13:30

Martın 2-də Füzuli Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Fin qəsəbəsi 59 saylı tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Mehtixan Zeynalov, 59 saylı tam orta məktəbin direktoru Elnarə Məmmədova, Füzuli rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov, məktəb müəllimləri, yuxarı sinif şagirdləri və qəsəbədə fəaliyyət göstərən bağçanın müəllimləri iştirak ediblər.
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev tədbiri açaraq bildirib ki, nümayiş olunacaq bu film dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sayca ikinci filmdir. “Şəhadət” filmində bir neçə məsələdən bəhs olunur, xüsusilə Qarabağ uğrunda gedən döyüşlərdə döyüşmüş və şəhid olmuş əsgərlərimizin dövlət və xalqımız tərəfindən necə hörmət və ehtiramla yad edildiyi nümayiş olunur. Filmdə toxunulan ikinci məsələ xarici dövlətlərdə fəaliyyət göstərən qeyri-qanuni hərbi birləşmələrdə və terror təşkilatlarında iştirak edən şəxslərin valideynlərinin övladlarının əməllərinə görə təəssüflənməsi və xəcalət hissi keçirməsidir.
Füzuli rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov vurğulayıb ki, “Şəhadət” filminin nümayişi gənclərin maarifləndirilməsində mühüm rol oynayır.
Sonda iştirakçıların sualları cavablandırılıb.


Son baxılan xəbərlər

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.03.2019 / 17:16
Ətraflı oxu

"Milli-mənəvi dəyərlərimiz və dini icmaların rolu" mövzusu Goranboyda müzakirə edilib

Xəbərlər
27.05.2022 / 17:19
Ətraflı oxu

Bölgələrdə “28 May-Müstəqillik Günü” münasibətilə tədbirlər keçirilib

Xəbərlər
26.05.2022 / 11:07
Ətraflı oxu

Ucarda gənclərlə maarifləndirici görüş təşkil olunub

Xəbərlər
28.03.2019 / 16:39
Ətraflı oxu

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

Xəbərlər
24.05.2022 / 14:25
Ətraflı oxu

Bölgələrdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Press-relizlər
18.01.2022 / 15:44
Ətraflı oxu