Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 22.02.2018 / 15:58

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş şəhər İstək liseyində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, liseyin müdiri Rəşad Əliyev, şagird və müəllim heyəti, eləcə də rayon ictimaiyyəti iştrak ediblər.
Tədbir başlamazdan öncə Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İstək liseyinin müdir müavini Namiq Ağammədov şəhidlərimizin keçdiyi həyat yolunun hər bir gəncimizə nümunə olduğunu bildirib, gənclərimizə vətənpərvərlik duyğularının aşılanmasının vacibliyindən söhbət açıb.
Daha sonra liseyin müdiri Rəşad Əliyev çıxış edərək bu cür tədbirlərin təhsil müəssisələrində həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, dini maarifləndirmə tədbirlərinin sayının artırılmasının vacib olduğunu bildirib.
Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov isə “Şəhadət” sənədli filmi barədə qısa məlumat verib, qanunsuz silahlı birləşmələrə qoşulan şəxslərin və ailələrinin acı taleyi barədə danışıb. Asif Ədilov Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən tədbirlərdən bəhs edərək hər kəsin bu məsələdə böyük səylə çalışmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda tədbir iştrakçları film barədə öz təəssüratlarını bölüşüblər.  


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirici tədbirlər keçirilir

Press-relizlər
02.06.2017 / 17:50
Ətraflı oxu

Yevlaxda "8 Noyabr Zəfər Günü - siyasi iradə, güclü ordu, milli birlik və yüksək ...

Xəbərlər
05.11.2021 / 15:50
Ətraflı oxu

Cəlilabadda “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
19.05.2023 / 14:43
Ətraflı oxu

"Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları" adlı onlayn seminar-treninq keçirilib

Press-relizlər
31.05.2021 / 17:33
Ətraflı oxu

Bərdədə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Press-relizlər
21.05.2021 / 15:08
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu