Qubada “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 21.02.2018 / 17:04

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Quba rayonu Amsar kəndində “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının Amsar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təvəkkül Nəsirov, dindarlar, ağsaqqallar, ziyalılar və gənclər  iştirak ediblər.
Quba RİH başçısının Amsar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təvəkkül Nəsirov tədbirdə giriş sözü ilə çıxış edərək qeyd edib ki, Amsar kəndi və ona bitişik digər yaşayış məntəqələrində dini maarifləndirmə sahəsində bir sıra işlər görülüb, tədbirlər keçirilib.  
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, ölkədə dini sabitliyin qorunması istiqamətində çoxsaylı tədbirlər keçirilib. Ölkə rəhbərliyi dini sahəyə xüsusi diqqət və qayğı göstərməklə yanaşı, yerli dindarların daha savadlı və dünyagörüşlü olmaları məqsədilə yeni dini kolleclər yaradıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından nümunə ölkələrdəndir. Ötən ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və bu il çərçivəsində dini sahədə çoxsaylı təbliğat xarakterli tədbirlərin keçirilməsi gənc nəslin daha çox məlumatlı olmasına və dini dəyərləri düzgün mənimsəməsinə səbəb olub. Natiq bildirib ki, bu sahədə DQİDK-nın həyata keçirdiyi tədbirlər əvəzsizdir.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  


Son baxılan xəbərlər

«Milli mənəvi dəyərlərimiz: Tarixilik, varislik və müasirlik» mövzusunda gənclərlə görüş keçirilib

Press-relizlər
05.12.2014 / 17:19
Ətraflı oxu

Mübariz Qurbanlı: “İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək”

Açıqlama
17.12.2015 / 18:20
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirib

Press-relizlər
24.02.2017 / 15:30
Ətraflı oxu

"İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
31.05.2021 / 13:36
Ətraflı oxu

Astarada maarifləndirici tədbir keçirilib

Press-relizlər
05.12.2019 / 17:45
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb

Xəbərlər
16.10.2019 / 16:13
Ətraflı oxu