Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

Press-relizlər / 20.02.2018 / 18:13

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.
Dövlət Komitəsinin sədri Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib. Daha sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Komitənin əməkdaşları, həmçinin bir qrup din xadimi Prezident İlham Əliyevin göstərişi ilə Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib, burada respublikamızın ərazi bütövlüyü uğrunda həlak olanların ruhuna dua oxuyublar. Komitə sədri dindarlarla söhbətində Cocuq Mərcanlıda Şuşa şəhərindəki Gövhər ağa məscidinin eynisinin tikilməsini Prezidentin dinə olan münasibətinin bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, işğaldan azad olunmuş Cocuq Mərcanlıda Şuşa məscidinin eynisinin tikilməsi rəmzi məna daşıyır. Cocuq Mərcanlı kəndi kimi digər işğal olunmuş torpaqlarımızı da azad ediləcək, Qarabağda olan bütün abidə və ibadət yerlərimiz bərpa olunacaq. 
Məscidə Dövlət Komitəsi tərəfindən nəşr edilən kitablar hədiyyə edilib.


Son baxılan xəbərlər

4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.03.2015 / 15:32
Ətraflı oxu

Zərdabda dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
20.07.2018 / 09:39
Ətraflı oxu

Göyçayda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
24.02.2018 / 09:29
Ətraflı oxu

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış ...

Xəbərlər
02.10.2014 / 09:43
Ətraflı oxu

Annenfeld Alman Lüteran kilsəsində tədbir keçirilib

Xəbərlər
05.11.2022 / 10:47
Ətraflı oxu

Goranboyda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2016 / 16:56
Ətraflı oxu