"Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 20.02.2018 / 16:50

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Vilvan kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Emil Vəliyev, Orxan Şahmarov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü Amid Xurşudzadə, Vilvan kənd tam orta məktəbinin direktoru Əliniyaz Ağayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Vilvan kənd tam orta məktəbinin direktoru Əliniyaz Ağayev çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü Amid Xurşudzadə çıxışında 26 il bundan öncə-1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu soyqırımı bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayət aktıdır.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb. E.Həmidli DQİDK-nın bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri və Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında da danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Emil Vəliyev, Orxan Şahmarov çıxışlarında erkən nikah, narkomaniya, digər zərərli vərdişlər və onların fəsadlarından bəhs ediblər.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  


Son baxılan xəbərlər

Əbdürrəhman Saad: Prezident İlham Əliyevin İslam həmrəyliyi barədə tarixi təşəbbüsü çox aktualdır

İSLAM HƏMRƏYLİYİ İLİ
06.02.2017 / 17:11
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun NİZAMNAMƏSİ

Xəbərlər
11.10.2017 / 09:05
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat verib

Press-relizlər
27.12.2016 / 16:30
Ətraflı oxu

Dövlət Komitəsi daha 16 dini icmaya maliyyə yardımı ayırdı

Press-relizlər
22.05.2017 / 16:27
Ətraflı oxu

Goranboyda “Vətən uğrunda şəhadət ən ali məqamdır” mövzusunda tədbir keçirilib

Xəbərlər
26.09.2022 / 16:56
Ətraflı oxu

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
03.04.2019 / 15:05
Ətraflı oxu