Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prinsiplərinə ziddir

Press-relizlər / 19.02.2018 / 11:13

Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Baş Zəyzid kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prinsiplərinə ziddir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Orta Zəyzid kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev və şöbənin əməkdaşı Elvin Qarayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Baş Zəyzid kənd məscidi dini icmasının sədri Ələsgər Rəhimov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Ələsgər Rəhimov mövzunun əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev çıxışında gənclərin və yeniyetmələrin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün istər müəllimlərin, istərsə də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edən Taleh Abdullayev tədris müəssisələrində bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev dünyada radikalizm və ekstremizmin yayıldığı bir dövrdə gənclərin onlardan qorunması üçün maarifləndirmənin mütəmadi həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, radikalizmin təbliğat metodları barədə məlumat verərək gənclərə həmin təbliğatın təsirindən qorunmaq üçün müvafiq tövsiyələr verib.
Daha sonra çıxış edən QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin vacibliyindən, radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.08.2019 / 14:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik"

Press-relizlər
01.06.2018 / 17:06
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Cəlilabadda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 16:26
Ətraflı oxu